Əsas Səhifə > Güney Press > Müəllimənin hərəkəti müzakirə edildi:

Müəllimənin hərəkəti müzakirə edildi:


24-09-2024, 17:59
Müəllimənin hərəkəti müzakirə edildi:
Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib.

Yerli mətbuatda yayılan məlumatlara görə, pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.

Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub.

Maraqlıdır, hər hansı bir şəxsin şəklini razılıq olmadan çəkənlərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq icazə verilir?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitutsiyasına görə, başqalarının şəklini razılıq olmadan çəkmək qadağandır:

"Lakin bu qadağanı edən birini hansı cəzanın gözlədiyi öz əksini tapmayıb. Bildirim ki, məsuliyyətə cəlb olunma üçün qarşı tərəf şikayət etməlidir. Şikayət yoxdursa, ancaq sosial şəbəkələrdəki qınağa görə məsuliyyətə cəlb etmək düzgün deyil".

Geri qayıt