Əsas Səhifə > Güney Press > Nazirə məxsus olduğu deyilən şirkət 300 minlik tenderin qalibi oldu
Nazirə məxsus olduğu deyilən şirkət 300 minlik tenderin qalibi oldu24-09-2024, 17:26 |
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa-Tikinti və İdraəetmə Xidməti "Bestcomp Group" Qapalı Səhmdar Cəmiyyəti (QSC) satınalma müqaviləsi bağalayacaq. Qaynarinfo xəbər verir ki, şirkət Xidmətin maşın və avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 299 144,16 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Bestcomp Group" QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur. Şirkətin sahibi kimi isə fövəqladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Bu barədə Kəmaləddin Heydərovun biznesi haqqında yazılan araşdırma materiallarında bildirilir. Geri qayıt |