Əsas Səhifə > Güney Press > Bölgədən gələn mesaj Türkiyəni hərəkətləndirdi
Bölgədən gələn mesaj Türkiyəni hərəkətləndirdi24-09-2024, 16:36 |
Qətər və Türkiyə İsraillə "Hizbullah" arasında vasitəçilik etməyə hazırdır. Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi Livanın Misirdəki diplomatik missiyasına istinadla məlumat yayıb. "Livan hökuməti ABŞ və Avropadan mesaj alıb. Mesajda qeyd olunur ki, İsrail geri çəkilməyəcək və yeganə həll yolu "Hizbullah"ın güzəştlər etməsidir. Çünki istənilən imtina yalnız yeni hücumlara səbəb olacaq", - nəşr məlumatlı mənbələrə istinldla yazır. Agentliyin həmsöhbəti əlavə edib ki, Qətər və Türkiyə vasitəçi rolunu oynamağı və birbaşa "Hizbullah"la təmasa keçməyi təklif edib. Hər iki ölkənin nümayəndə heyətlərinin yaxın saatlarda Beyruta gələcəyi bildirilir. Geri qayıt |