Əsas Səhifə > Güney Press > Finoko BOKT zərər açıqladı

Finoko BOKT zərər açıqladı


24-09-2024, 16:26
Finoko BOKT zərər açıqladı
"Finoko" BOKT bu ilin ilk yarısına olan hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, kredit təşkilatı ilin ilk yarısında 2 milyon 598 min manat faiz gəliri əldə edib. Bu illik müqayisədə 341 min mnat və ya 11,6% azdır.
Faiz xərcləri isə 1 milyon 463 min manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 314 min manat və ya 17,6% azalma deməkdir.

Nəticəcə xalis faiz gəlirləri 20 min manat (1,7%) azalaraq 1 milyon 135 min manata düşüb.

Bu dövrdə təşkilatın kredit təşkilatı 213 min manat qeyri-faiz gəliri əldə edib, xərcləri 1 milyon 362 min manata bərabər olub. Son bir ildə gəlirlər 97 min manat (31,3%), xərclər isə 53 min manat (3,8%) azalıb.

BOKT-nın əməliyyat zərəri isə cəmi 3 min manat təşkil edib. Lakin 2023-cü ilin ilk yarısında bu 59 min manat mənfəət idi.

26 min manatlıq mənfəət vergisi ödənişindən sonra kredit təşkilatı ilin ilk yarısını 29 min manat zərərlə başa vurub. Ötən ilin ilk yarısında isə təşkilat 59 min manat xalis mənfəət əldə etmişdi.

"Finoko" BOKT bu ilin ilk yarısında 35 milyon 343 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 510 min manat və ya 1,5% artıb.

Öhdəliklər 99 min manat və ya 0,3% artaraq 29 milyon 818 min manata, balans kapitalı isə 411 min manat və ya 8% artaraq 5 milyon 525 min manata yüksəlib.

Geri qayıt