Əsas Səhifə > Güney Press > Azərbaycanda narkotik vasitələrin yayılmasının səbəbkarı İran və Ermənistandır
Azərbaycanda narkotik vasitələrin yayılmasının səbəbkarı İran və Ermənistandır24-09-2024, 16:22 |
Xəbər verdiyimiz kimi, Bakıda polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər. Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, pisixotrop maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb. Azərbaycandaa narkotik vasitələrin yayılma səbəbi nə ilə bağlıdır? Narkotik maddələr İrandan Azərbaycana məqsədli şəkildəmi gətirilir? Bu narkotik vasitələrin Azərbaycana gətirilməsində Ermənistan tərəfinin əli varmı? Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, polis cinayətkarlar ilə bağlı öz fəaliyyətlərini həyata keçirən zaman ilk növbədə insan hüquqları və azadlıqları müdafiəsi sahəsində öz vəzifəsini icra edir: "Məqsəd ictimai asayişin və təhlükəsizliyin təmin edilməsidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi hər zaman gündəm olan məsələlərdən biridir. Eskalasiyası böyüməkdə davam edir. Bəzən bu cəmiyyətdə birmənalı qarşılanmır ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərdə artım müşahidə edilir. Narkotik vasitələrin dövriyyəsi ilə bağlı faktlar var. Bunun qarşısının alınması istiqamətində peşəkar tədbirlər həyata keçirildiyindən sübut aşklar olunub. Təbii ki keçirilən əməliyyatlar nəticəsində insanlar saxlanılır. 2020-ci ilə qədər Azərbaycanın işğal altında olan əraziləri ermənilər və onlar ilə əməkdaşlıq edən İran İslam Respublikası üçün bu sahədə geniş bir poliqona çevrilmişdi. Bu həm insan alveri ilə bağlı cinayətləri, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı görülən işləri sərbəst şəkildə həyata keçirirdilər. Çünki Azərbaycan dövləti o zaman ərazilərə nəzarət edə bilmirdi". Şəmsəddin Əliyevin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlər nəticəsində həm Ermənistan, həm də İran tərəfi yararlanır. Ermənistan bununla terrorçu qruplaşmaları maliyyələşdirir. Həmin qruplaşmalara ASALA, Hizbullah aiddir: "Bütün bunlar son zaman bəlli olur ki, dinc əhaliyə qarşı yönələn atılan addımlardır. Fakt olaraq Azərbaycan çox möhkəm iradə nümayiş etdirdi. Azərbaycan xalqı inanırdı ki, nə vaxtsa torpaqlarımız azad ediləcək. Torpaqlarımız işğaldan azad olundu. Ermənilərin yaratdığı dəhliz artıq daralıb. Azərbaycan dövləti Qarabağa nəzarət edir. Orada İran tərəfindən hər hansı bir qaçaqmalçılıq halları olsa da, bu əməllərin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınır. Bütün bunlara baxmayaraq İrandan hələ də Azərbaycana qarşı ərazidən qanunsuz yolla narkotik vasitələrin keçirilmə halları var. Bu məqsədli şəkildə həyata keçirilir. Məqsəd sərhəd bölgəsinə yaxın insanların genini məhv etməkdir. Düşünürəm ki, burada əli olan təkcə Ermənistan və İran deyil. Başqa dövlətlərində burada əli ola bilər. Azərbaycanın daxili siyasətinə və diplomatiyasına qənim kəsilən dövlətlər var. Onlar qarşıda gələn COP29 tədbirini əngəlləmək üçün hər yola əl atırlar. Mən düşünürəm ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əli olan dövlətlər Fransa, Ermənistan, İran və Hindistandır. Bu dövlətlərin ən böyük arzusu ölkəmizdə daxili sabitliyi pozmaqdır. DİN-in bu sahədə gördüyü işlər danılmazdır. Heç kimə zərrə qədər bu sahədə güzəşt edilməyəcək. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dinamikada aşkar edilən cinayətlərin sayı artmaqda davam edir. Bu o deməkdir ki, Azərbaycana narkotik vasitələrin qanunsuz yolla gətirilməsinin dövlətlərin əli var". Geri qayıt |