Əsas Səhifə > Güney Press > "Zəngəzur dəhlizi Azərbaycanın həm Türk Dünyasına açarıdır,
"Zəngəzur dəhlizi Azərbaycanın həm Türk Dünyasına açarıdır,24-09-2024, 19:10 |
“Biz Zəngəzur dəhlizini açmalıyıq. Zəngəzur dəhlizi strateji baxımdan çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycanın bir hissəsi ilə digər hissəsini bağlayır. Zəngəzur dəhlizi Azərbaycanın həm Türk Dünyasına açarıdır, həm də dünyaya açılan qapısıdır. Perspektiv baxımından Azərbaycan mütləq bu dəhlizi açmalıdır. Ermənilər və onların arxasında duran qüvvələr nə qədər mane olsalar da, bu dəhliz açılacaq”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, Ermənistan gələcəkdə bir dövlət kimi fəaliyyət göstərmək istəyirsə, o zaman mütləq Azərbaycan və Türkiyə ilə əlaqə qurmaq məcburiyyətindədir. Əgər əlaqə qurulmayacaqsa, o zaman Ermənistan bir dövlət kimi öz dövlətçiliyini qoruyub saxlaya bilməyəcək. “Yeni dünya düzəni qurulur. Yeni dünya düzənində yeni şərtlər var. Artıq aydın şəkildə görünür ki, dünyada beynəlxalq hüquq işləmir. Beynəlxalq güc işləyir. Ermənistanın heç bir gücü yoxdur. Onun arxasında duran qüvvələrin istəklərini reallaşdırmaq üçün Ermənistanın mövcud imkanları da kifayət qədər deyil. Bu mərhələdə biz daha təmkinli, daha ağıllı davranmalıyıq. Hərbi baxımdan Azərbaycan güclü olmalıdır. Biz onsuz da hərbi gücümüzü artırırıq, yeni komanda birlikləri yaradırıq. Xüsusi təyinatlıların da sayı artırılır. İqtisadiyyatımızı gücləndirməli, informasiya müharibəsinə hazır olmalıyıq. Ən əsası insanlarımızın sosial-iqtisadi tələblərini qarşılamalıyıq ki, ölkənin daxilində davamlı sabitlik olsun. Bütün hallarda hamı çalışmalıdır ki, ölkə daxilində sabitlik davam etsin. Bütün siyasi qüvvələrlə hakimiyyət arasında konstruktiv dialoq mühiti inkişaf etdirilməlidir. İnanıram ki biz bu qələbə tendensiyasını davam etdirəcəyik”-deyə deputat bildirib. Geri qayıt |