Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Sumqayıtda məktəbi dərmanladılar, şagirdlər zəhərləndi
Sumqayıtda məktəbi dərmanladılar, şagirdlər zəhərləndiDünən, 14:48 |
Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb. Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər. Bu barədə Bakupost.az -a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib. Övladı məktəbdə zəhərlənən valideyn deyib: "Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir". Valideynlər bir məsələdən də şikayətçidirlər. İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir. Ətraflı BTV-nin süjütində: Geri qayıt |