Əsas Səhifə > Güney Press, Üst manşet > “Kapital Bank”ın fırıldaq mexanizmi...

“Kapital Bank”ın fırıldaq mexanizmi...


Dünən, 09:00
“Kapital Bank”ın fırıldaq mexanizmi...
“Kapitalbank”ın, eləcə də digər bir çox bankların müştərilərinə kələk gəlməsi, onları aldatması haqqında yeni nəsə demək mümkünsüzdür. Nədən bu banklar köhnənin
kələkbazları, əmanətə xəyanətkarlarıdırlar.

Yəqin çox insanlar “Kapitalbank”ın “birbank” sistemindən xəbərdardırlar, istəməsələr də, zorla pensiyalarını, əməkhaqqılarını bu bank araçılığı ilə əldə edirlər. Bank özündə olan və olmayan müştərinin bütün kartlarını “birbank”a cəlb etməkdə də birincidir. Di gəl, kart yiyələrinə kələk gəlməkdə “Kapitalbank” çempiondur. Dələduzluğa baxın, müştəri “birbank”dakı iki kartı arasında, özü də iki “Kapitalbank” kartı arasında KÖÇÜRMƏ edir, köçürmənin KOMİSSİYASIZ olduğu bildirilir, amma bəlli olur ki, 1 faiz, minimum 1 manat KOMİSSİYA tutulub. (?) Bu, fırıldaq, müştərinin aldadılması, dələduzluq deyil, bəs nədir?
“Kapitalbank”dan bu dələduzluq faktı belə izah edilib :” ƏMƏKHAQQI KARTINA KƏNARDAN (?-M.B.) MƏDAXİL ZAMANI 1FAİZ, min. 1 MANAT KOMİSSİYA HAQQI TUTULUR. Bu, KÖÇÜRMƏ KOMİSSİYASI DEYİL, KARTA MƏDAXİL (?-M.B) KOMİSSİYASIDIR”. Dələduzluğa fikir verin, KÖÇÜRMƏ KOMİSSİYASIZDIR, amma MƏDAXİL KOMİSSİYA TƏLƏB EDİR.(?) Özü də 1 manat köçürmənin , 1 manatını da - hamısını mədaxil adı ilə bank mənimsəyəcək. Bizim bankların dələduzluq əməllərinə kim nə deyə bilər? Nə Mərkəzi Bank, nə hökumət, nə məhkəmə bank dələduzluğuna, müştərilərin, istehlakçıların aldadılmasına qiymət verir. Elə bil, dələduzluq “hüququ” toxunulmazdır.

Məğrur Bədəlsoy - Dia-az.İnfo

Geri qayıt