Əsas Səhifə > Güney Press > Simonyan Bakını hədəfə alan ölkəyə getmək istədi, zəng vurdular

Simonyan Bakını hədəfə alan ölkəyə getmək istədi, zəng vurdular


Bu gün, 17:18
Simonyan Bakını hədəfə alan ölkəyə getmək istədi, zəng vurdular
Ermənistan parlamentinin sədri Alen Simonyanın Kanadaya səfəri bu ölkədə yaranmış daxili siyasi gərginlik səbəbindən təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni spikerin köməkçisi Movses Arutyunyan məlumat verib.

“Kanada tərəfinin təşəbbüsü ilə Kanada parlamentinin İcmalar Palatasının sədri Qreq Ferqusla erməni həmkarı Alen Simonyan arasında telefon danışığı olub. Telefon danışığı zamanı Qreq Ferqus görüşün təxirə salınmasını istəyib. Alen Simonyan təqdim olunan vəziyyəti nəzərə alaraq, ölkədəki daxili siyasi vəziyyət həll olunana qədər səfərini təxirə salıb. Səfərin təxirə salınması ilə bağlı yayılan digər versiyalar yalandır və reallıqla heç bir əlaqəsi yoxdur”, - Arutyunyan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Daşnaksütyun” terror təşkilatının Kanadadakı bürosu Simonyanın səfəri ilə bağlı bəyanat yaymışdı. Bəyanatda müxalifəti (revanşist və radikal dairələri) təmsil edən deputatların nümayəndə heyətinə daxil edilməməsinə etiraz olunmuşdu. “Daşnaklar” səfərin təxirə salınması üçün Kanada hökumətinə çağırış etmişdilər. Görünən budur ki, hökumət onların bu istəklərini yerə salmayıb.

Əlavə edək ki, Kanada xarici işlər naziri Melani Coli bundan öncə Azərbaycan əleyhinə təxribatçı açıqlama verib. Ölkənin baş diplomatı bədnam bəyanatında açıq şəkildə erməni terrorçuları və separatçılarına dəstəyini ifadə edib. Colinin açıqlaması rəsmi Bakı tərəfindən sərt reaksiya ilə qarşılanıb. Maraqlıdır ki, Kanada xarici işlər nazirinin məlum bəyanatını elə "daşnaklar"ın bu ölkədəki bürosu yayıb. Açıqlamada onların Coli və Kanada hökuməti ilə yaxın əlaqələri xüsusi olaraq vurğulanır.

Geri qayıt