Əsas Səhifə > Güney Press > “Bakı Şampan Şərabları”na 2 000 manatadək cərimə protokolu yazılıb

“Bakı Şampan Şərabları”na 2 000 manatadək cərimə protokolu yazılıb


Bu gün, 17:13
“Bakı Şampan Şərabları”na 2 000 manatadək cərimə protokolu yazılıb
“Bakı Şampan Şərabları” ASC barəsində protokol hazırlanıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, İXM-in 548.2-ci maddəsi ilə protokol (İdarəçilik Qaydaları Əleyhinə olan İnzibati Xətalar) Nərimanov Rayon Məhkəməsinə təqdim olunub.

İXM-in 548.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, məhkəmə prosesinə Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Geri qayıt