Əsas Səhifə > Güney Press > AYNA iki aydır “BakıKart” tətbiqində yaranan texniki nasazlığı niyə HƏLL edə bilmir?

AYNA iki aydır “BakıKart” tətbiqində yaranan texniki nasazlığı niyə HƏLL edə bilmir?


Bu gün, 16:32
AYNA iki aydır “BakıKart” tətbiqində yaranan texniki nasazlığı niyə HƏLL edə bilmir?
İki aya yaxındır “BakıKart” tətbiqi işləmir. Bir il öncə fəaliyyətə başlayan tətbiqə iki aydır daxil olmaq mümkün deyil. İlk vaxtlarda nasazlığın 2-3 gün ərzində aradan qaldırılacağı deyilsə də, problem hələ də qalmaqdadır.

Avqust ayının 14-də “BakıKart"ın rəhbəri də dəyişdi. Yəni paytaxtın ictimai nəqliyyatında istifadə olunan "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxdı. Lakin rəhbər dəyişikliyi də tətbiqdəki problemi həll etməyib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

Geri qayıt