Əsas Səhifə > Güney Press > Ermənistanın növbəti şousu:

Ermənistanın növbəti şousu:


Bu gün, 16:13
Ermənistanın növbəti şousu:
Sentyabrın 18-də Ermənistan İstintaq Komitəsi Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran 7 nəfərə qarşı cinayət işinin açıldığını bəyan edib. İstintaq Komitəsi iddia edir ki, bu qrup şəxs silahdan istifadə qaydalarını öyrənmək məqsədi ilə bir sıra Ermənistan vətəndaşlarını Rostova, o cümlədən "Arbat" bazasında təlimlərə cəlb ediblər. Bəs sözügdən qruplaşma Ermənistanda Paşinyan hakimiyyətini devirə bilərmi?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov deyib ki, ilk növbədə bu Ermənistan hökumətinin iddiasıdır:

"Ermənistanın hüquq sistemi tamamilə siyasiləşib. Onların arasında həm müxalifətə, həm də hakimiyyətə yaxın olanlar var. Bu gün Ermənistanda hüquq-mühafizə orqanlarının verdiyi açıqlamalar şübhəlidir. Çünki siyasi açıqlamalar verirlər. Bildirilən 7 nəfər çox gülməli rəqəmdir. 7 nəfər dövlət çevrilişi etmək, hakimiyyəti zorla ələ keçirmək üçün yetərli say deyil. 7 nəfər maksimum quldurluqla məşğul ola bilərlər".

Politoloqun sözlərinə görə, qruplaşmanın Rusiya bazasında təlim alması yaxud Rostovun adının hallanması ilə görünür ki, burada Rusiya hədəf alınır:

"Rusiyanın Ermənistanda kifayət qədər dayaqları var. Əgər Rusiya orada hər hansı bir iş planlaşdırırsa, bu 7 nəfər ilə görüləcək bir iş deyil. Həm hakimiyyət daxilində, həm də ordu və digər nüfuzlu yerlərdə sadiq adamları var. Ermənistan hakimiyyəti yəqinki yeni bir avantüraya əl atır. Onlar sırf Rusiyanın mövqeyini zəiflətmək üçün bu cür hərəkətlərə yol verirlər. Bununla da qərbi ağuşuna almaq istəyirlər. Açığı bu Ermənistanın növbəti siyasi şousudur".

Geri qayıt