Əsas Səhifə > Güney Press > AB diplomatları Türkiyə ilə sərhəddə:

AB diplomatları Türkiyə ilə sərhəddə:


Bu gün, 12:41
AB diplomatları Türkiyə ilə sərhəddə:
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan və Avropa Birliyi (AB) ölkələrinin səfirləri Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsində olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.

Komitə sədri və avropalı diplomatlar Marqara keçid məntəqəsinin ərazisini gəziblər. Səfər zamanı yenilənən keçid məntəqəsinin infrastrukturu və sərhəd nəzarətinin xüsusiyyətləri təqdim olunub.

Badasyan səfirlərə bildirib ki, keçid müasir texniki avadanlıqlarla təchiz edilib və beynəlxalq standartlara uyğun infrastruktur tikilib.

Türkiyə və Ermənistan ötən il sərhədin diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılaşma əldə edib. Amma hələlik keçid məntəqəsi bu məqsəd üçün də açılmayıb. Sərhədin açılması üçün Türkiyənin Ermənistana şərti Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlıdır.

Geri qayıt