Əsas Səhifə > Güney Press, Üst manşet > `Ziraat Bank`da SİSTEM xarab olub, yoxsa?

`Ziraat Bank`da SİSTEM xarab olub, yoxsa?


Bu gün, 08:56
`Ziraat Bank`da SİSTEM xarab olub, yoxsa?
"Nə baş verir? Mənim sevimli bankım.Bütün yaxın çevrəmi güvənərək yönləndirdiyim bankım..." Dia-az.İnfo xəbəbr verir ki, bu barədə Arzu Ümid adlı istifadəçi giley edir.

Narazı vətəndaş "Ziraat Bank"ın sistemində müşahidə olunan problemlərdən əziyyət çəkdiyini belə ifadə edib: "Mən və müştəri təmsilçim blokdan çıxartmaqdan bezirik siz bezmirsiniz.

Gündə 5-6 dəfə hesabımı bloklayıb, böyük şücaət göstərirmiş kimi mesaj da göndərirsiniz ki bəs bloklamışıq... Niyə də niyə?"

`Ziraat Bank`da SİSTEM xarab olub, yoxsa?

Qeyd edək ki, bankın digər müştəriləri də narazılıqlarını ifadə ediblər. Məsələn Ənvər Rəsul Mirəliyev adlı sosial şəbəkə istifadəçisi bunları deyir:

"Bu "Ziraat bank" dəli olub. Dünən də qızımın bank kartını bloklayıblar. Qızım Ankarada açdırmışdı hesabını və kartında da pul var...

Dünən alış-veriş etdiyi yerdə kartını blokladılar..."

Geri qayıt