Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Psixiatriya Xəstəxanasına göndərilən sabiq məhkəmə hakimindən YENİ XƏBƏR VAR...

Psixiatriya Xəstəxanasına göndərilən sabiq məhkəmə hakimindən YENİ XƏBƏR VAR...


Bu gün, 08:28
Psixiatriya Xəstəxanasına göndərilən sabiq məhkəmə hakimindən YENİ XƏBƏR VAR...
Xəbər verdiyimiz kimi 19 sentyabr 2024-cü ildə Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalov Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Dia-az.İnfo-nun əldə etdiyi məlumata görə, sentyabrın 19-da vətəndaş şikayəti əsadında o Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dəvət edilib.

Şikayətdə bildirilir ki, Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.
O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs bu ilin aprel ayında da özünün yaşadığı Nərimanov rayonu ərazisində ətrafdakı insanlara qarşı özünü aqressiv və qeyri adekvat aparmaqla insanların həyatı üçün real təhlükə yaradıb. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə gətirildiyi zaman onun özünü qeyri adekvat və aqressiv aparması, ağzına gələni danışması polis əməkdaşlarının diqqətini çəkmiş, bölməyə Təcili Tibbi Yardım çağırılaraq o 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmışdır.
Lakin, bir həftə sonra o, vəkil və hakim dostlarının köməkliyi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək, məhkəmənin qərarı ilə xəstəxanadan buraxılmışdır.
Xəstəxanadan buraxılan Tamerlan Məmmədovun sağlamlığında irəliləyiş yox, əksinə zamanla pisləşmə gedir ki, bunun da nəticəsi olaraq o, yenidən insanları narahat etməklə cəmiyyət üçün problemlər yaradır.
Göründüyü kimi Respublika Psixiatriya Xəstəxanasının əməkdaşlarının bu adamın sağlıq durumuna biganə yanaşması və Sabunçu rayon məhkəməsinin onun keçmiş hakim olması səbəbindən onu azadlığa buraxaraq cəmiyyətin təhlükəsizliyinə dırnaqarası yanaşması yeni-yeni problemlər ortaya çıxarır.
Qeyd edək ki, Tamerlan Zeynalov (Məmmədov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib və 2022-ci ilin sonunda azadlığa buraxılıb.

Geri qayıt