Əsas Səhifə > Güney Press > Ermənistanda müstəqillik günü mesajlari

Ermənistanda müstəqillik günü mesajlari


Bu gün, 13:47
Ermənistanda müstəqillik günü mesajlari
Bu gün Ermənistan Müstəqillik Gününü qeyd edir. 1991-ci il sentyabrın 21-də keçirilən referendumda Ermənistan əhalisi SSRİ-nin tərkibindən çıxmağın və müstəqil dövlət yaradılmasının lehinə səs verib.

“AzPolitika” xəbər verir ki, ölkə rəhbərlərinin bu münasibətlə xalqa müraciətlərində maraqlı nüanslar, etiraflar və ziddiyətli məqamlar var. Məsələn, Baş nazir Nikol Paşinyan bəyan edib ki, demokratiya, tarazlıq və balanslaşdırılmış xarici siyasət sayəsində ölkənin müstəqillik səviyyəsi günü-gündən yüksəlir.

“2018-ci ilin xalq, qeyri-zorakı, məxməri inqilabından bu yana bizim bütün qərarlarımızın etalonu müstəqillik, dövlətçilik, demokratiya, bu anlayışların beynəlxalq qaydalar əsasında konkretləşdirilməsi və obyektivləşdirilməsi olub və olmaqda davam edir. Bu prosesdə səhvlərimiz oldu, uğursuzluqlarımız oldu, lakin 2020-ci ildə müstəqilliyimizi itirmək həddinə çataraq, real Ermənistanın strategiyası ilə dövlətimizin davamlılığı ilə bağlı nəzəri tezisini praktiki yola salmaq üçün real imkan əldə etdik”, - Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, əsas hədəfi nəzərdən qaçırmamaq vacibdir: "Müstəqillik, dövlətçilik, Ermənistan Respublikası öz vətəndaşlarının təhlükəsizliyini, azadlığını və rifahını təmin edən platforma və mexanizm kimi beynəlxalq səviyyədə tanınmış ərazisi 29,743 kvadrat kilometrdir”.

İkinci Katolikos Qaragenin xalqa müraciəti isə düşmənçilik, kin, nifrət elementləri ilə doludur. Bütün ermənilərin katolikosu təhlükəsizlik məsələlərindən danışarkən bildirib ki, “artsax” işğal olunub” və Ermənistan sərhədlərində sülh qeyri-sabitdir.

Katolikos milli, dövlət və ümumbəşəri maraqları prioritetləşdirməyə çağıraraq, "Biz yenidən təhlükəsizlik məsələləri və yeni təhdidlərlə qarşılaşırıq", - deyib.

Prezident Vaaqn Xaçaturyan da dövlətin qarşısında duran vəzifələrin az olmadığını qeyd edərək, əhalini birliyə çağırıb. “Lakin ötən onilliklər də sübut edir ki, birlik, həmrəylik və əzmlə istənilən maneəni dəf etmək olar”, - onun müraciətində deyilir.

Geri qayıt