Əsas Səhifə > Güney Press > İrəvanda çevrilişə cəhd:

İrəvanda çevrilişə cəhd:


Bu gün, 13:26
İrəvanda çevrilişə cəhd:
Rusiya xüsusi xidmət orqanları Ermənistanda dövlət çevrilişinə cəhdin təşkilindən xəbərdar olublar.

Dia-az.İnfo Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində hakim Mülki Müqavilə Partiyasından deputat Armen Xaçatryan deyib.

“Fikrimcə, Rusiyanın təhlükəsizlik orqanları o qədər də qeyri-peşəkar deyillər ki, Ermənistandan onlarla insanın gəlib təlim keçməsini bilməsinlər. Məncə iştirakçıların sayı 7-dən çoxdur. Əgər Rusiyanın səriştəli orqanları məsələdən xəbərdar deyildilərsə, o zaman bu, çox böyük problemdir” – deyə o bildirib.

Xatırladaq ki, keçən həftə Ermənistanda dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbs edilib. Onlar içərisində Qarabağ erməniləri də yer alıb.

Geri qayıt