Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı "qara piar" kampaniyasının arxasında kimlər dayanır?

Azərbaycana qarşı "qara piar" kampaniyasının arxasında kimlər dayanır?


Dünən, 19:00
Azərbaycana qarşı "qara piar" kampaniyasının arxasında kimlər dayanır?
“Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

“Diplomatiya baxımından tamamilə istedadsız bir xadim ki, növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib. Fikrimcə, bu, Rusiyaya qarşı istedadsızlıq və axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi. Amma digər tərəfdən, biz qeyd edirik və dəfələrlə şərh etmişik ki, Qərb ölkələrinin bu region üçün dağıdıcılıqdan başqa bir gündəmi yoxdur”, - o bildirib.

M.Zaxarova əlavə edib ki, Qərb ölkələrinin siyasəti Cənubi Qafqazda sülhün təmin edilməsinə yönəlməyib:

“Onlara lazım olan tək şey bu region ölkələrinin toqquşmasıdır.

İnkişafa, problemlərin həllinə kömək etmirlər. Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar. Bu da bunun növbəti təzahürüdür”.

Bir çox Rusiya və Azərbaycan ekspertləri də Qərb güc mərkəzlərinin, xüsusilə ABŞ və Fransanın Cənubi Qafqazda sülhün bərqərar olunmasına mane olmaq üçün istənilən addımı atdığını vurğulayırlar.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Qərb Azərbaycanla Ermənistan arasında daimi gərginliyin davam etməsində maraqlıdır:

“Mariya Zaxarovanın bu bəyanatı əslində gergəçliyi əks etdirir.

Təəssüf ki, Qərb ölkələri, xüsusilə Fransa Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı deyillər. Onlar hər fürsətdə bunu nümayiş etdirir, bu istiqamətdə addımlarını atırlar.

Fransa XİN rəhbərinin İrəvanda açıqlamaları Rusiya ilə yanaşı Azərbaycana qarşı da yönəlmişdir. Fransalı nazirin həmkarı ilə mətbuat konfransında Azərbaycanı sülhə çağırması ifadəsi işlətməsi başından yekə danışmaq və həddini aşmaqdır. Bunu Azərbaycana qarşı “qara piyar” kampaniyasının davam etdirilməsi kimi qiymətləndirmək lazımdır.

ABŞ rəsmilərinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstəklə bağlı bəyanatları da səmimi görünmür.

Çünki Qərb dövlətləri, o cümlədən ABŞ sülh sazişinin məhz Ermənistanın şərtləri əsasında imzalanmasını istəyirlər.

Bu isə yarımçıq sülh sazişi deməkdir. Bu kimi sazişin regiona sülh gətirməyəcəyini çox yaxşı başa düşən Qərb ölkələri bu məsələdə israrlıdırlar. Bütün bunlar onu deməyə əsas verir ki, Qərb məqsədyönlü şəkildə regionda sülhün bərqərar olunmasına mane olurlar”.

Geri qayıt