Əsas Səhifə > Güney Press > "Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı

"Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı


Bu gün, 12:43
"Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı
Moskva yaxınlığında "Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra başlanmış cinayət işində özəl mühafizə şirkəti və podratçıların adı keçir.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" iş materiallarına istinadən yazır.

Nəşr bildirir ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb. Söhbət istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi üçün tələblərə cavab verməyən xidmətlərin göstərilməsindən gedir.

"Crocus Group” şirkətinin, "Crocus Pro” özəl mühafizə şirkətinin rəhbərliyi və əməkdaşları, "Crocus City Hall” konsert zalına xidmət göstərən digər podratçılar, habelə binanın sahibləri tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi başlanıb”, - materiallarda deyilir.
Ətraflı

Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı iş hələ 2024-cü ilin may ayında başlayıb. Lakin indiyədək məhkəmə qərarlarında bu işdə şübhəli və ya təqsirləndirilən şəxslərin olub-olmadığı göstərilməyib.

"Crocus City Hall”a hücum 2024-cü il martın 22-də axşam baş verib. Terror aktında şübhəli bilinən ilk şəxslər ertəsi gün saxlanılıb. Daha sonra Tacikistan vətəndaşları Dalerjon Mirzoev, Şəmsidin Fariduni, Muhammadsobir Fayzov və Saidakrami Murodali Rachabalizoda saxlanılıblar. Həmin şəxslər hazırda istintaq təcridxanasındadırlar.

Bu günə kimi hüquq-mühafizə orqanlarının əməkdaşları daha 8 nəfəri saxlayıb.

Geri qayıt