Əsas Səhifə > Güney Press > "ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq"

"ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq"


Bu gün, 18:15
"ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq"
Bir neçə gün əvvəl Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq, hakimiyyətin ələ keçirilməsi hazırlığına dair məlumat əldə edilib. Bununla bağlı 30 axtarış və sorğu həyata keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 7 nəfərdən ibarət qrupun hakimiyyətin ələ keçirilməsi üzrə hazırlıq apardığına dair məlumat əldə edilib. Guya onlar zorakılıq tətbiq etməklə Ermənistan Respublikasının hakimiyyətini ələ keçirmək istəyiblər. Bu cinayət əməllərinə görə 7 nəfərə qarşı cinayət işi başlanıb. Bu məsələdədə Rusiya itttiham olunur.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda dövlət çevrilişini həyata keçirmək üçün Rusiyada “Arbat” erməni batalyonu var və orada həm Qarabağda olan ermənilərə hərbi təlimlər keçirilir və onlar Ermənistana göndərilir ki, hərbi çevriliş həyata keçirilsin.

“Əlbəttə burada Serj Sarkisyan, Robert Koçaryan və keşiş Baqratın da fəaliyyəti var. Göründüyü kimi bunlar sivil yolla Nikol Paşinyanı devirə bilmədikləri üçün "B" variantına əl atıblar. Və ona qarşı hərbi çevriliş həyata keçirmək istəyirlər. Bunun arxasında Rusiyanın müəyyən mərkəzləri dura bilər. Çünki bu proseslər Rusiyadan idarə olunur”-deyən Məhəmməd Əsədullazadə hesab edir ki, Paşinyanı devirmək mümkün olmayacaq.

“Amerika Birləşmiş Ştatları çox ciddi şəkildə Paşinyana dəstək verir. Həbs edilənlər bir qrupdur. Qrupun üzvləri də ifşa olunacaq. Bu da Rusiya-Ermənistan əlaqələrinə də müəyyən zərbə vuracaq. Paşinyan bu vəziyyətdən Rusiyaya qarşı çox ciddi şəkildə istifadə edəcək”-deyən politoloq qeyd edib ki, Nikol Paşinyana qarşı hərbi çevriliş həyata keçirmək hər zaman planda olub. Bunu dəfələrlə həm ordu daxilində, həmçinin polis daxilində və yaxud digər silahlı qruplar vasitəsilə həyata keçirmək istəyiblər. Bugün aydın olur ki, bunlar xaricdən idarə olunur.

“Rusiyada Ukraynaya qarşı həyata keçirilən erməni batalyonunda bunlar təlimlər keçiriblər və bunları Ermənistana göndəriblər. Burada mütəşəkkil bir planlama olub və bu Ermənistan kəşfiyyatı tərəfindən ifşa olunub”-deyə Məhəmməd Əsədullazadə əlavə edib .

Geri qayıt