Əsas Səhifə > Güney Press > Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa?

Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa?


Bu gün, 19:02
Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa?
Paytaxt Bakıda bir sıra ərazilərdə ağaclara kütləvi qurdlar daraşır.

Bu qurdlar digər qurdlardan fərqli olaraq ağacların yarpağını yeyərək ağacları qurudur. Mütəxəssislərin fikrincə, kəpənək qurdlarına qarşı tədbir görülməsə, ekosistemə ciddi təsir edə bilər. Ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, kəpənək qurdları ölkəmizə gətirilən xarici ağaclardan yayılıb:

“Ölkəmizə xaricidən gətirilən agaclar bəzən özləri ilə bir sıra zərərli bakteriyalar gətirir. Nəticədə paytaxtımızla yanaşı, digər bölgələrdə də kəpənək qurdları yayılır. Kəpənək qurdları digər qurdlara bənzəmir. Bu qurdlar sürətlə çoxalır. Onların yayılmasının qarşısı alınmasa, sağlam ağac qalmaz”.

Ekspert qeyd edib ki, bəzən kəpənək qurdlarının çoxalmasını Xəzər dənizinin geri çəkilməsi ilə əlaqələndirirlər:

“Bəzi ekoloqlar hesab edirlər ki, Xəzər dənizinin suyunun çəkilməsi yer altında qurunt sularının çəkilməsinə səbəb olub.

Buna görə yeraltı həşaratlar kütləvi halda çoxalaraq ağaclara və fermer təsərrüfatına çox ciddi ziyan vurur.

Lakin belə deyil, bu dəqiqədə də Bakı metrosunda qrunt suları görmək olur. Yəni qurdların çoxalması Xəzərin çəkilməsi ilə əlaqəli deyil”. Akif Nəsirli qeyd edib ki, kəpənək qurdlarının qarşısını almaq üçün bütün lazımi peraparatlar var:

“Kəpənək qurdlarının kütləvi halda yayılmasının qarşısını almaq üçün mütləq ağacları dərmanlamaq, kəpənək qurdları yoluxmuş ağaclara isə mütləq dezinfeksiya etmək lazımdır. Əks halda ağaclar quruyar”.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildiriLİb ki, Bakının bir çox məhəllələrində qurdbasma ilə bağlı dezinseksiya işləri aparılıb:

“Birliyin əməkdaşları tərəfindən rayon ərazilərində qurdbasmaya qarşı ağacların, binaların və həyətlərdə dezinfeksiya işləri həyata keçirilib”.

Geri qayıt