Əsas Səhifə > Güney Press > Azərbaycan bütün ssenarilərə hazırdır:

Azərbaycan bütün ssenarilərə hazırdır:


Bu gün, 17:51
Azərbaycan bütün ssenarilərə hazırdır:
“Ermənistan son zamanlarda sürətlə silahlanır. Qərb dövlətləri və hətta Rusiya Ermənistanı silahlandırır”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Rusiyanın Ermənistanın silahlanması ilə bağlı bəyanatlar verməsi bir az qəribə görünür:

“Çünki Rusiya özü də ona silah satır. Hətta ölkələr arasında silah alış-verişi ilə bağlı müqavilə də var. Buna baxmayaraq, Ermənistanın silahlanmasının öz pulu hesabına olmadığı da bəllidir. Çünki onlar öz imkanları hesabına bu qədər silah ala bilməzlər”.

Həmsöhbətimiz İrəvanın silahlanmasının məqsədlərindən də danışıb:

“Həm İrəvan özü silahlanmaq istəyir, həm də müəyyən dövlətlər Ermənistan ərazisində özlərinin hərbi bazalarını qurmağa çalışırlar. Ən azından öz hərbi mövcudluqlarını artırmaq istəyirlər. Bütün bu proseslər isə Zəngəzur dəhlizi ətrafında baş verir. Hər kəs Zəngəzur dəhlizinə nəzarəti öz əlinə götürməyə çalışır. ABŞ, Fransa, Rusiya və digər Qərb dövlətlərinin hədəfi budur”.

Partiya sədrinin sözlərinə görə, Ermənistan hansısa lokal əməliyyatlara başlamaq istəyir:

“Ermənistan Azərbaycana qarşı Zəngəzur və ya digər istiqamətdə hücuma keçməyi hədəfləyir. Amma İrəvan hakimiyyəti də bilir ki, yenidən hansısa ərazini işğal etməyə və ya kiçik də olsa uğur qazanmağa gücü çatmaz.

İrəvanın hərbi əməliyyata başlamaq məqsədi tam başqadır.

Ermənistan bu əməliyyatda da məğlub olduqdan sonra revanşistlərə və cəmiyyətə göstərəcək ki, Azərbaycanla vuruşmağa gücü yoxdur.

Qərb Zəngəzurda hərbi mövcudluğunu artırmaq üçün orada qarşıdurma yaranmasında maraqlıdırlar. Aydındır ki, ABŞ Ermənistan ordusunun əli ilə hərbi qarşıdurma törədərək öz silahlarını yoxlamaq istəyə bilər. Buna rəğmən, nəticə əldə etmə şansları sıfıra bərabərdir”.

Akif Nağı onu da vurğulayıb ki, Azərbaycan Ermənistanın istənilən həmləsinə anında cavab vermək gücündədir:

“Azərbaycan həmişə bütün ssenarilərə hazırdır. Bizim silahlarımız da, ordumuz da Ermənistandan qat-qat üstündür. Azərbaycan Ermənistanın istənilən addımının cavabını verə və onları növbəti dəfə darmadağın edə bilər”.

Geri qayıt