Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Paşinyan Rusiyanı şantaj edir

Paşinyan Rusiyanı şantaj edir


Bu gün, 17:28
Paşinyan Rusiyanı şantaj edir
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı dəfələrlə bəyanatlar verərək nəyəsə nail olmaq istəyir.

Bunu TNS-ə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Baş nazir Nikol Paşinyan bu cəfəng bəyanatlarla Rusiyanı şantaj etmək istəyir: "Ermənistanın əsas məqsədi Rusiyanı şantaj etməkdir. İrəvan bununla Rusiyanın orbitində təmamilə çıxmaq niyyətindədir. Buna görə onlar belə avantürist bəyanatlar verir. Hesab edirəm ki, bu məsələdə Qərb dövlətlərinin də müəyyən rolu var. Qərb dövlətləri Ermənistanı Rusiyanın orbitindən çıxarmağa çalışır. Bu istiqamətdə davamlı olaraq addımlar atırlar. Qərb Rusiyanı bölgədən çıxarmaq, özü bölgəyə yerləşmək istəyir".

Deputat qeyd edib ki, Ermənistan hər dəfə bölgədə gərginlik yaratmağa çalışır: "Bu ölkə sülh istəmir. Ermənistan digər dövlətləri şantaj etməklə bölgədə gərginlik yaratmağa çalışır".

Geri qayıt