Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “CityCar” bazarın nəbzini niyə tuta bilmir?

“CityCar” bazarın nəbzini niyə tuta bilmir?


Bu gün, 16:50
“CityCar” bazarın nəbzini niyə tuta bilmir?
Azərbaycanda ilk dəfə bu ilin əvvəlində karşerinq xidmətinə başlayan "CityCar" şirkəti qiymətlərini növbəti dəfə tənzimləyib.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb isə şirkətin təqdim etdiyi xidmətlərə tələbatın olmaması göstərilir.

Əvvəllər saatı 36 manata (dəqiqəsi 0,6 manata) təqdim olunan elektromobillər indi günü 50 manata, benzin mühərrikli avtomobillər isə günü 60 manata təqdim olunmağa başlayıb.

Bununla yanaşı qeyd olunan qiymətlərə günlük karşerinq xidməti yalnız 200 km üçün nəzərdə tutulub. Bu yürüşdən sonrakı hər dəqiqə üçün isə 0,2 manat məbləğində əlavə xidmət haqqı müəyyən edilib.

Qeyd edək ki, “CityCar” şirkəti bazara daxil olduqda qiymətləri olduqca baha olub, sonralar şirkət ümumilikdə 3 dəfə qiymət dəyişməli olub. Şirkətin qiymətlərdə ucuzlaşmaya getməsi isə tələbatın proqnozlaşdırıldığı kimi olmadığı üçün tətbiq edildiyi bildirilir. Əvvəllər günlük olaraq elektromobillər 120 manata, benzin mühərrikli avtomobillər isə 140 manata müştərilərə təqdim olunurdu.

Geri qayıt