Əsas Səhifə > Güney Press > Region ölkələrində nə qədər məhkum var?

Region ölkələrində nə qədər məhkum var?


Bu gün, 16:25
Region ölkələrində nə qədər məhkum var?
Azərbaycan hər 100 000 nəfərə düşən məhkumların sayına görə region ölkələri arasında 6-cı sırada qərarlaşıb.
Yeniavaz.com Beynəlxalq Həbsxana Tədqiqatları Mərkəzinin (ICPS) açıqladığı sonuncu məlumatlara istinadən bildirir ki, Azərbaycanda hər 100 min nəfərə 244 məhkum düşür.
ICPS-nin məlumatında qeyd olunur ki, Azərbaycanda ümumilkdə 24 min 698 məhkum var.
Keçmiş SSRİ və qonşu ölkələrdə məhkumların sayı aşağıdakı kimidir:

Region ölkələrində nə qədər məhkum var?

Onu da bildirək ki, dünyada məhkumların ümumi sayı 10 milyon 991 min nəfərə bərabərdir. Dünya əhalisinin hər 100 min nəfərinə düşən məhbus sayı 140 nəfər təşkil edir.
Ümumiyyətlə dünyada ən çox məhkumun olduğu ölkə El Salvador hesab olunur. Bu ölkədə hər 100 000 nəfərə 1 086 məhkum düşür. İkinci sırda Kuba (hər 100 000 nəfərə 794 məhkum) qərarlaşıb. İlk 5-liyi Türkmənistan (hər 100 000 nəfərə 576 məhkum), ABŞ (hər 100 000 nəfərə 531 məhkum) və Tonqa (hər 100 000 nəfərə 516 məhkum) tamamlayır.
Məhkumların ən az olduğu ölkə isə San-Marino hesab olunur. Bu ölkədə cəmi 3 məhkum var.


Geri qayıt