Əsas Səhifə > Güney Press > Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi


Bu gün, 13:14
Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi
Qarabağdan Ermənistana qayıdarkən, Azərbaycana casusluqda ittiham ilə həbs edilən Sərkis Qalstyanın növbəti məhkəmə prosesi keçirilib.

Dia-az.İnfo Publika.az-a istinadla xəbər verir ki, İrəvandakı separatçılar məhkəmədə şahid qismində dindirilib. Onlar Qalstyanın casus olmadığını deyiblər, lakin ittihamçı tərəf bunu qəbul etməyib.

Ermənistan İstintaq Komitəsi Qalstyanın evində axtarış apararkən, türk dilində lüğət tapıb və bunu maddi sübut kimi götürüblər. Lakin Qalstyanın vəkilləri bu ittihamı qəbul etmir. Onlar bildirir ki, Qalstyanın ixtisası türkoloqdur və onun türk dilində lüğətlə işləməsi normaldır. Eməni müstəntiqlər isə türkcə lüğəti Qalstyanın Azərbaycana casusluq etməsinin sübutu kimi irəli sürür.

Geri qayıt