Əsas Səhifə > Güney Press > Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir?

Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir?


Bu gün, 13:09
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir?
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə region ölkələri arasında orta sıralarda yer alıb.
Yeniavaz.com dünyanın ən nəhəng məlumat bazalarından biri hesab olunan “Numbeo”ya istinadən bildirir ki, 83 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan 63-cü sırada qərarlaşıb.
Əhalinin həyat keyfiyyətinə görə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında 7-ci sırada yer alıb.
Keçmiş SSRİ və region ölkələri arasında həyat keyfiyyətinin ən yaxşı səviyyədə olduğu ölkə Estoniya hesab olunur. Estoniya reytinq siyahısında 16-cı yerdə qərarlaşıb.
“Numbeo”nun reytinq siyahısında yer alan keçmiş SSRİ və region ölkələrinin siyahıdakı mövqeyi belə olub:
16 – Estoniya
23 – Litva
32 – Latviya
50 – Türkiyə
52 – Belarus
57 – Gürcüstan
63 – Azərbaycan
65 – Rusiya
66 – Ukrayna
72 – Qazaxıstan
80 – İran

Həyat keyfiyyətinin ən yaxşı səviyyədə olduğu ölkələrin ilk 5-liyində Lüksemburq, Niderland, Danimarka, Oman və İsveçrə qərarlaşıb.
Reytinq siyahısının sonunda yer alan 5 ölkə isə Nigeriya, Banqladeş, Şri-Lanka, İran və Peru olub.

Geri qayıt