Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir


20-09-2024, 12:10
“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir
Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 39 ünvanında yaşayan Məmmədov Əhəd Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, şəkər xəstələrinə ayrılan dərmanlar düzgün paylanılmır:

“Mən, Məmmədov Əhəd Hüseyn oğlu, 10 ildir ağır şəkər xəstəsiyəm. 6 ildir beyin insultu keçirmişəm, sol tərəfim işləmir.

Özüm “Zığ” Sağlamlıq Mərkəzində qeydiyyatdayam. Şəkər üçün insulin almağa gedirəm, 1 ampul verirlər. Əslində isə mənə 3 ampul verməlidirlər. İynə 12 ədəd verirlər, amma 100 ədəd verməlidirlər.

Gün ərzində 5 dəfə iynə vururam. 3 aydan bir də müalicə olunuram. Aldığım pensiya heç iynə-dərmanıma çatmır.

Xəstəxanaya iradımı bildirdikdə isə deyirlər ki, “yuxarıdan belə tapşırılıb”. Axı, bu qədər insanı ölümə göndərmək olmaz. Derdimizi kimə deyək, bilmirəm. Yuxarıdan tapşıranların evində şəkər xəstəsi yoxdur, heçmi halımızdan xəbərdar deyillər?!”

Geri qayıt