Əsas Səhifə > Güney Press > Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib


Bu gün, 08:17
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA”
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu,
Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə
ağacəkmə aksiyası keçirilib.
“IDEA” könüllülərinin iştirakı ilə baş tutan bu dəfəki ağacəkmə
aksiyası ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsində
təşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidə
müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv
sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma
sistemindən istifadə nəzərdə tutulub.
Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal
və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan
toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa
zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji
tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir
edir.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq
təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc
nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə
birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə
rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113
qaynar xətt vasitəsi ilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil
qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə
“Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb.
Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə
tədbir görülmüşdür.

Dia-az.İnfo

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Geri qayıt