Əsas Səhifə > Güney Press > “Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?”

“Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?”


Dünən, 17:49
“Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?”
“Rejissorlar bir aktyor, bir aktrisadan yapışırlar və bütün seriallara da yalnız onları çəkirlər”.

Bunu tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında yeni çəkilən seriallarda görünməməsinin səbəblərindən danışarkən deyib.

“Akademik Musiqili Teatrında çalışıram, artıq işə çıxırıq. Ard-arda yeni tamaşalar və premyeralar olacaq. Amma seriallarda mən yoxam, yenə də çağırmırlar. Normal qonorar da vermirlər heç. Nə çağırırlar, nə də gedirəm.
Yenə də həmin üzlər, həmin səslər, yəni eyni aktyorlar, aktrisalar. Bizdə Azərbaycanda belədir. Bir aktyor, bir aktrisadan yapışırlar və bütün seriallara da yalnız onları çəkirlər. Söhbət bütün telekanallarda nümayiş olunan seriallardan gedir. Tamaşaçı baxanda çaş-baş qalır ki, bu, həmin serialın davamıdır, ya başqa serial? Belə olmaz axı. Görün, Azərbaycanda nə qədər peşəkar aktyor və aktrisa var. Onları niyə çəkmirlər? Bunu da edən rejissorlardır. Bizim rejissorlar bir prizmadan baxırlar, başqa prizmadan görməyi bacarmırlar”.

Geri qayıt