Əsas Səhifə > Güney Press > Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib


Dünən, 17:41
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏD
üzrə nümayəndəliyin Sarıcalı kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar
şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd
sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı kənddə şəhidin xatirəsinə
ucaldılmış bulağın önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Sarıcalı kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Sarıcalı kəndinin 447 hektar ərazisi, 178 təsərrüfatı, 960 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq bağçası, 1 tibb mənqəsi, 1
mədəniyyət evi, 1 kitabxana, 5 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləri
əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 422 baş iribuynuzlu, 864 baş
xırdabuynuzlu heyvan, 1372 baş quş, 30 arı ailəsi saxlayırlar.
Son üç ildə Sarıcalı kəndində 1.8 km məsafədə kənd arası cari təmir olunub,
su arxları 8 km məsafədə lildən təmizlənib, kənd ərazisində 300 ədəd müxtəlif
növ ağac əkilib, 1150 m su arxı bərpa edilib, yol kənarları alaq otlarından
təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakini Cankişi Babayev kəndə yeni şəkilən
internet xətlərində işlərin tezləşdirilməsi barədə müraciət edib.
Qaldırılan məsələ ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə
aidiyyəti tapşırıq verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib

Geri qayıt