Əsas Səhifə > Güney Press > İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Dünən, 17:23
İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər
Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri
Faiq Məmmədovla birlikdə 220 şagird yerlik Rövşən Səfərov adına Sarıcalı
kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin
pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji
kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini,
valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb
olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
İcra başçısı ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil
sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu
işin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün
Azərbaycanda müstəqil ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır.
Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində
inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və
qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsi
və demokratikləşdirilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunub.
Təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğun
dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülüb.
Sonra rayon rəhbəri Vətən Müharibəsində ordumuzun qazandığı şanlı
qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə
ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq
hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb,
məktəblilərə təhsildə uğurlar arzulayıb.
Məktəbin kollektivi təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.

İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

Geri qayıt