Əsas Səhifə > Güney Press > Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib

Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib


Dünən, 17:09
Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının və
rayon Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə Sarıcalı kəndində Birinci Qarabağ
müharibəsi şəhidi Yaqubov Fəqan Misir oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə
maraqlanıb.
Qeyd edək ki, şəhid Yaqubov Fəqan Misir oğlu 1973-cü il iyun ayının 7-də Tərtər
rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində
aldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasını
öyrənmişdir. 1991-ci il iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə
çağırılmışdır. SSRİ dağıldıqdan sonra doğma vətənə qayıtmış və 1992-ci ilin əvvəllərindən
hərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər özünümüdafiə batalyonu”na
daxil olur. Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsində
erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 1992-ci il avqust ayının 7-də Ağdərə
rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. 28 sentyabr 2024-cü
ildə şəhidin nəşi tapılaraq Tərtər rayonunun Sarıcalı kəndində dəfn edilmişdir. Subay idi.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib
Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib
Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib

Geri qayıt