Əsas Səhifə > Güney Press, Üst manşet > "Nə vaxt getsəm, “iş yoxdur” deyirlər..."

"Nə vaxt getsəm, “iş yoxdur” deyirlər..."


Dünən, 08:58
"Nə vaxt getsəm, “iş yoxdur” deyirlər..."
Kəlbəcər rayon sakini Musayev Səfiyar Ələsgər oğlu tərəfindən “Hüriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi illərdir məcburi köçkün olaraq əziyyət çəkdiklərini bildirir:

“Mən, Musayev Səfiyar Ələsgər oğlu, bildirirəm ki, 1993-cü ildən bu günə qədər hələ də evlə təmin olunmamışam.

Dəfələrlə qəbullarda olmuşam, amma hər kəsə ev verildi, məndən başqa. 60 manat “çörək pulu” alırdım, onu da kəsdilər. Səbəb olaraq isə yoldaşımın başqa yerdə qeydiyyatda olmağını dedilər.

Dövlət Məşğulluq Agentliyinə dəfələrlə müraciət etmişəm. Lakin oradan da mənə kömək etmədilər. Nə vaxt getsəm, “iş yoxdur” deyirlər.

Bizim kimi məcburi köçkünlərə iş yoxdur, bəs biz nə ilə dolanaq?!

Vaxtilə Əli Həsənov (sabiq komitə sədri – müəl.) qaçqınlara verilən evləri 5 min manatdan satdı, mənim kimisinin də pulu olmadığı üçün ala bilmədim.

Allah şəhidlərimizə rəhmət etsin, Qazilərimizə isə cansağlığı versin, Qarabağ onların sayəsində azaddır.

Dövlət tərəfindən ev verilmədi, iş verilmədi, aylıq sosial müavinət verilmədi. Biz nə edək, hardan qazanc əldə edib ailəmizi dolandıraq?!”

Geri qayıt