Əsas Səhifə > Güney Press, Üst manşet > Sabirabadda yaşıllığa KİM(LƏR) qənim kəsilib?

Sabirabadda yaşıllığa KİM(LƏR) qənim kəsilib?


Dünən, 08:57
Sabirabadda yaşıllığa KİM(LƏR) qənim kəsilib?
Sabirabad rayonu, Yaxa Dəllək kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirlər. Onların müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Adlarımızı deməkdən çəkinirik, çünki “şikayət edən olsa, həbs olunacaq”, - deyirlər. Meşə ərazisi gözümüzün qarşısında məhv edilir. Yaşıllığın ərazisini artırmaq üçün yeni ağaclar əkilmişdi. Lakin Mirəşrəf adında şəxs ağaclara qənim kəsilərək, hamısını dibindən çıxartdırıb məhv etdi. Həmin ağacların yerində yonca əkdi. İndi də suyun gəlməsi üçün kanal yerlərini yandırırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də sanki bu məsələdən xəbər tutmamış kimi, heç bir reaksiya vermir.

Biz sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirik ki, məsələyə diqqətli yanaşsınlar. Meşə ərazisində ağaclar kəsilib, yonca əkilir. Yoncanı sulamağa su var, amma meşədə olan digər ağaclar isə quruyub məhv olur. Mirəşrəf adlı bu şəxs ağaclara qənim kəsilərək, meşə ərazisində yonca əkir. Yeni əkilmiş ağacları məhv edir”.

Redaksiyamıza daxil olan video-müraciətləri olduğu kimi oxuculara təqdim edirik:

Geri qayıt