Əsas Səhifə > Güney Press > İcbari Sığorta Bürosunun rəhbərliyinə
İcbari Sığorta Bürosunun rəhbərliyinə18-09-2024, 18:03 |
İcbari Sığorta Bürosunun (İSB) İcraçı Direktoruna müavin təyin edilib. Dia-az.İnfo banker.az-a istinadla xəbər verir ki, Seymur Mirzəyev bu vəzifəyə təyin edilib. O, 2024-cü ilin sentyabrından bu vəzifənin icrasına başlayıb. S.Mirzəyev 12 ilə yaxındır ki, İSB-də çalışır. Son iki ili Biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb. İSB-yə rəhbərlik 2024-cü ilin ikinci yarısından etibarən Vüsal Məsiyevə həvalə edilib. Buna qədər isə bu vəzifədə Rəşad Əhmədov çalışmışdı. İcbari Sığorta Bürosu 2011-ci ildə təsis edilib. İSB "İcbari sığortalar haqqında" Qanununun tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun fəaliyyətini tənzimləyir. Geri qayıt |