Əsas Səhifə > Güney Press > Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub
Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub18-09-2024, 16:35 |
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib. “Report” xəbər verir ki, məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb. Bildirilib ki, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn ilə fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib. Xatırladaq ki, FTX qoşunu Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini mühafizə edir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı məsələyə baxacaqlarını deyib. Geri qayıt |