Əsas Səhifə > Güney Press > "Tehran Qərbin tapşırıqlarını icra edir"

"Tehran Qərbin tapşırıqlarını icra edir"


18-09-2024, 15:37
"Tehran Qərbin tapşırıqlarını icra edir"
“İran tərəfi Ermənistan sərhədlərinin dəyişdirilməsini özünün “qırmızı xətti” adlandırır. İranın Xarici İşlər Nazirliyinin sözçüsü də bununla bağlı açıqlama verib. İddia edirlər ki, “dövlət sərhəddinin dəyişməsinə yol vermək” olmaz. Amma onlar anlamır ki, Zəngəzur dəhlizinin açılması heç bir rejimin dəyişməsini ehtiva etmir. Ermənistanın özü belə dəhlizə hansısa özəl bir şirkətin nəzarət etməsini gündəmə gətirir”.
Bunu Bakupost.az -a politoloq Cümşüd Nuriyev bildirib.
O qeyd edib ki, İrəvan Rusiyadan başqa kimin nəzarəti olur-olsun, qəbul edir: “Sözsüz ki, bu Ermənistanla Rusiya arasında olan problemdir”.
Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi ətrafında artan fəallıq fonunda İran ciddi narahatlıq keçirir.
“Əslində İran pərdə arxasında Fransa ilə eyni mövqedən çıxış edir. Zaman-zaman bu tendensiya müşahidə olunub. Görünən odur ki, indi də Tehran Qərbin tapşırıqlarını icra edir” deyə, politoloq bildirib.

Geri qayıt