Əsas Səhifə > Güney Press, Üst manşet > Provayderlərin FİLM KİMİ dələduzluğu...

Provayderlərin FİLM KİMİ dələduzluğu...


18-09-2024, 09:03
Provayderlərin FİLM KİMİ dələduzluğu...
"Deməli, Kamal Sunalın məşhur bir "İnatçı" adında filmi var. Bu filmdə 2 kənd ərazisində baraj tikiləcəyi üçün dövlət oranı alıb əhalini köçürməyi planlayır. Bundan xəbər tutan 2 şirkət əvvəlcədən torpaqları alıb baha qiymətə dövlətə satmağa çalışır...." Dia-az.İnfo xəbər verir ki, bunu öz paylaşımında ictimai fəal Rüfət Şirinov qeyd edib.
O daha sonra öz başına gələnləri belə nəql edir: "İndi "AZnet" provayderi bu GPON texnologiyaları xəbəri çıxan kimi gəlib küçələri dirəklə ilk zəbt elədilər, əhalinin bir hissəsini cəlb elədilər, sonra digərləri gəldi. İnternetin qiymət artımında da Aztelekomu qabağa verib özləri pambıqla baş kəsər kimi qiymətləri sonradan 25 AZN-ə qaldırdılar. Üstəlik də müqavilələrində bu barədə xəbərdarlığın saytlarında və ya rəsmi bildiriş ilə 10 iş günü əvvəlcədən bildirməli olduğunu göstərsələr də əməl etməyiblər. Həmçinin Aztelekomun barəsində yayılan qiymət artımı xəbərlərini də əsas gətirərək guya elan edilmiş kimi qələmə verirlər. Əhsən sizə, həqiqətən çox ağıllı taktikalarınız var!"

Geri qayıt