Əsas Səhifə > Güney Press > Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb?

Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb?


17-09-2024, 17:56
Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb?
2024-cü ilin altı ayı ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarıdan çox azalıb.

Məlumata görə, transfertlərin həcmi ötən illə müqayisədə 608 milyon dollardan 287,1 milyon dollara düşüb. Mütəxəssislər isə bunu müxtəlif amillərlə izah edirlər.

Maraqlıdr, əslində Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”a bildirib ki, bu məsələnin çox sadə cavabı var:

“Belə ki, Rusiyada biznes mühiti getdikcə sıxılır. Bunu açıq desələr də, deməsələr də digər problemlər artıq bir çox sahələrdə biznesi sıxır. Digər diqqət yetirilməli məqam odur ki, əksər hallarda rəsmi köçürmələr dayandırılıb.

Sanksiyaların tətbiq olunması Rusiya ilə bir çox bankların rəsmi dövriyyəsinin azalmasına səbəb olub. Bu gün daha çox xarici ölkələrə rəsmi təyyarə ilə gedəndə nağd pul gətirirlər, yaxud digər yollarla, məsələn, yük maşınları gedəndə onların vasitəsilə verirlər. Yəni rəsmi köçürmələr azaldığı üçün məhz dövriyyədəki azalmalar da rəsmi statistik məlumatlarda öz əksini tapıb.

Bildirim ki, bu gün Rusiyada biznes mühiti sıxılır, göndəriləcək vəsaitlər azalır. Digər tərəfdən də göndərilənlərin əksəriyyəti qaçaq yolu ilə gəlir. Hazırda Rusiyada rubl dəyərdən düşüb. Hər bir halda “qara bazar”dan dollar alırlar, yaxud da barter edirlər və onun əvəzinə mal göndərirlər. Məhz bu gün əsas göstərici bu deyil, qeyd etdiklərimizdir”.

Geri qayıt