Əsas Səhifə > Güney Press > İcra başçısının həbs etdirdiyi şəxslə bağlı

İcra başçısının həbs etdirdiyi şəxslə bağlı


17-09-2024, 09:38
İcra başçısının həbs etdirdiyi şəxslə bağlı
Ali Məhkəmədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadənin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd: Mətbuatda yayılan məlumata görə, X.Salmanzadə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı V.Həsənovla bağlı müxtəlif iddia və məlumatlar paylaşıb. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.

Ağdam Rayon Məhkəməsinin hökmü ilə X.Salmanzadə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Geri qayıt