Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ermənistan İrana güvənir, İran kimə güvənsin?..

Ermənistan İrana güvənir, İran kimə güvənsin?..


17-09-2024, 08:22
Ermənistan İrana güvənir, İran kimə güvənsin?..
“Zəngəzurun açılması barəsində İranın Azərbaycana və Rusiyaya qarşı siyasəti nə olacaq hələ məlum deyil. Çünki hökumətin içində birlik yoxdur ki, nə etməli olduqlarına qərar verə bilsinlər. Azərbaycan müstəqil olandan sonra və 2020-ci ildə işğal olunmuş torpaqları azad edəndən sonra İranın Azərbaycana qarşı siyasəti müxalif olub. Həmişə Rusiyanın siyasətini davam etdirib. Rusiyanın istəmədiyi sözü deyə bilməyib. Rusiyanın kölgəsində keçiniblər. Çünki, dünyada təkcə rusların üstündə bəzi yerlərdə hərəkət edə bilir, özlərini ruslara dost kimi göstərirlər. Gələcəkdə də Qafqazda Rusiyanın siyasəti hər nə olsa, İran ondan ayrı bir siyasət apara bilməyəcək.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal Maşallah Rəzmi danışıb. Güneyli fəal qeyd edib ki, ermənilər İranı Qarabağda özlərinə bir müttəfiq kimi görmək və Azərbaycana qarşı özlərinə dayaq etmək istəyirlər. Amma İran indi elə bir vəziyyətdədir ki, özünü saxlamağa bir dayağa ehtiyacı var.

“Düzdür, İran bir çox hərbi texnika istehsal edib. Amma, onların heç birinin arxasında iqtisadiyyat və ya millətin himayəsi yoxdur. Bu boşluq İranın gələcəkdə heç bir iş görməməsinə səbəb olacaq. İranın rəsmilərinin dediyi sözlər və etdiyi təhdidləri hamısı boşdur. İran indidən uduzmuş hesab olunur”-deyən Maşallah Rəzminin fikrincə, İran rəsmiləri bəzən təhlükəli sözlər istifadə edə bilərlər. Bu da, yanlış siyasətin göstəricisidir.

Geri qayıt