Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İran din qardaşı dediyi Azərbaycana qarşı...

İran din qardaşı dediyi Azərbaycana qarşı...


17-09-2024, 08:13
İran din qardaşı dediyi Azərbaycana qarşı...
Bir neçə gün əvvəl İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb. Görüş zamanı iranlı səfir Azərbaycan əleyhinə fikirləri ilə gündəmə gəlib. Belə ki, səfir Ermənistana ərazi bütövlüyü vədi verib.
Güneyli fəal, siyasi şərhçi Maşallah Rəzmi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın Ermənistandakı səfirinin danışığında təzə bir söz yoxdur.

“Bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi demişdi ki, İran qonşu ölkələrdə sərhəd dəyişikliyini heç bir şəkildə qəbul etmir. "Bu, bizə bir qırmızı xətdir". Bu sözü demək, diplomatik mövqedən düz deyil. Ona görə ki, qonşular istəyirlər öz aralarında sülh etsinlər. Onların işinə qarışırsan. Deyəsən ki, "bu, bizim qırmızı xəttimizdir, icazə vermirik". Sənə nə?”-deyən şərhçi qeyd edib ki, bu gün İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi şiddətlənib. Bunun ötən illərdə dəfələrlə təkrarlandığını dilə gətirən Maşallah Rəzmi qeyd edib ki, onlar özlərini gah dost kimi göstəriblər, gah da düşmənçilik mövqeyi tutublar. Bu da İranın xarici siyasətinin sistematik və milli mənafe əsasında olduğunu göstərir.

Maşallah Rəzminin sözlərinə görə, hökumətin daxilində qruplar bir-birləri ilə rəqabət aparırlar.

“İranda təzə seçki və bir Azərbaycanlının İranda prezident seçilməsi İranda anti-türk qüvvələrin əl-ayağa düşməsinə səbəb olub. Onlar çalışırlar ki, İranla Azərbaycan arasında və İranla Türkiyə arasında, ümumiyyətlə İranla türk ölkələri arasında bir ziddiyyət, bir düşmənçilik yaratsınlar. Qoymasınlar ki, bir türk prezident onlarla dostluq aparsın”-deyən Rəzmi qeyd edib ki, bu siyasətin bir hissəsi İran hakimiyyəti içində bir-birinə müxalif olan qrupların bir-biri ilə mübarizəsindən asılıdır.

Şərhçi hesab edir ki, Azərbaycan dövləti sadəcə olaraq, Ermənistanla müqavilə bağlamağa və aralarındakı məsələləri həll etməyə çalışır.

Geri qayıt