Əsas Səhifə > Güney Press > Tokayevdən Şoltsa xəbərdarlıq:

Tokayevdən Şoltsa xəbərdarlıq:


16-09-2024, 15:48
Tokayevdən Şoltsa xəbərdarlıq:
"Rusiya məğlubedilməzdir".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.

“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün geri dönməz nəticələrə gətirib çıxaracaq”, - Tokayev bildirib.

Qeyd edək ki, Şolts Tokayevin dəvəti ilə Qazaxıstanda iki günlük səfərdədir. Onların ikitərəfli danışıqlarından əlavə, “Mərkəzi Asiya+Almaniya” formatında ikinci görüşü də baş tutacaq.

Geri qayıt