Əsas Səhifə > Güney Press > Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq

Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq


17-09-2024, 00:02
Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti iri məbləğli tenderə yekun vurub.

Dia-az.İnfo xəbər verir ki, həmin tenderdə Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis-kommunikasiya sistemləri üzrə (PTM, KTM, yüksək və alçaq gərginlik xətləri və rabitə xətləri) tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.

12 milyon 340 min 737 manat dəyərində tikinti-quraşdırma işləri “VS Enerji Servis” MMC-yə həvalə olunub.

Geri qayıt