Əsas Səhifə > Güney Press > Nazilə Türkiyə gözəlini azərbaycanlı müğənniyə bənzətdi

Nazilə Türkiyə gözəlini azərbaycanlı müğənniyə bənzətdi


14-09-2024, 18:06
Nazilə Türkiyə gözəlini  azərbaycanlı müğənniyə bənzətdi
Şairə və aparıcı Nazilə Səfərli “Türkiyə gözəli” seçilən xanımı Azərbaycanın Əməkdar artisti, müğənni Sevinc Sarıyevaya bənzədib.

Yenicag.az xəbər verir ki, o, hər iki məşhurun fotolarını sosial şəbəkə hesabında paylaşaraq, bu bənzərlikdən heyrətə gəldiyini ifadə edib.

O, fotonu “Bu Türkiyənin gözəli seçilən qız, bu da Əməkdar artistimiz, mənim dünya gözəlim Sevinc Sarıyeva, bənzərlik çoxdur”, şərhi ilə təqdim edib.

Müqayisə sosial şəbəkə izləyiciləri arasında qarşıdurma yaradıb. Bəziləri bunu uğursuz müqayisə kimi qəbul edib. Bəziləri də Sevinc Sarıyevanın ondan gözəl olduğunu yazıb:

“Sevinc Sarıyeva o qızın anası yaşdadır, amma ondan gözəldir”.

Fotonu təqdim edirik:

Nazilə Türkiyə gözəlini  azərbaycanlı müğənniyə bənzətdi

Geri qayıt