Əsas Səhifə > Güney Press > Türkiyədə hər 90 uşaqdan biri cinayətin qurbanıdır

Türkiyədə hər 90 uşaqdan biri cinayətin qurbanıdır


14-09-2024, 17:32
Türkiyədə hər 90 uşaqdan biri cinayətin qurbanıdır
Türkiyənin Diyarbəkir bölgəsində dərə yatağında meyiti tapılan Narin Güran faciəsi uşaqlara qarşı zorakılığa diqqət çəkib.

Sherg.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, Türkiyədə təxminən hər 90 uşaqdan biri cəmiyyətin “görməməsi və yaşanmaması" gərəkən hadisələrin qurbanı olub.

2023-cü ilin sonu etibarilə 85 milyon 372 min 377 əhalisi olan Türkiyədə 22 milyon 206 min 34 uşaqdan 242 min 875-i qurban olaraq təhlükəsizlik qüvvələrinə gəlib və ya gətirilib.

Zərərçəkmiş kimi təhlükəsizlik bölmələrinə gələn uşaqların 89,7 faizi cinayət, 10,2 faizi isə izlənilməsi zəruri olan hadisələrin qurbanı olub.

Cinayət qurbanı kimi təhlükəsizlik orqanlarına gələn və ya gətirilən 217 min 915 uşaqdan 61,3 faizi yaralanıb, 11,8 faizi seksual xarakterli cinayətlər, 8,6 faizi ailə nizam-intizamına qarşı cinayətlər, 4,4 faizi hədə-qorxu, 13 faizi isə müxtəlif cinayətlərin qurbanı olub.

Geri qayıt