Əsas Səhifə > Güney Press > “Intel” Pentaqon üçün hərbi çiplər istehsal edəcək

“Intel” Pentaqon üçün hərbi çiplər istehsal edəcək


14-09-2024, 14:49
“Intel” Pentaqon üçün hərbi çiplər istehsal edəcək
Amerikanın “Intel” şirkəti Pentaqonun gizli proqramı çərçivəsində çip istehsal edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, şirkət hərbi çiplərin istehsalı üçün 3,5 milyard dollar qrant alacaq.
Agentliyin məlumatına görə, “Secure Enclave” adlı gizli proqram Pentaqonun hərbi və kəşfiyyat ehtiyacları üçün ən müasir çiplərin istehsalını nəzərdə tutur.
Agentliyin qeyd etdiyi kimi, proqram bir neçə ştatda, o cümlədən şirkətin iri müəssisəsinin yerləşdiyi Arizona ştatında “Intel” müəssisələrində həyata keçiriləcək.
“Intel” həmçinin yeni layihə çərçivəsində ABŞ-dən kənardakı layihələrini dondurmağı planlaşdırır.
Qeyd edək ki, aprelin 22-də ABŞ ticarət naziri Cina Raymondo Amerika hərbi-sənaye kompleksi üçün lazım olan ən qabaqcıl çiplərın ölkədən kənarda istehsal olunduğunu bildirmiş, Pentaqonun silahlarının “gələcəyin açarı” olmasına baxmayaraq, onların 90%-nin Tayvanda istehsal edildiyini vurğulamışdı.
Onun sözlərinə görə, ada materik Çinlə birləşərsə, Vaşinqton çip tədarükünü itirə bilər.

Geri qayıt