Əsas Səhifə > Güney Press > Azərbaycanın BƏƏ və Özbəkistana yatırdığı investisiyalar 6 dəfədən çox artıb

Azərbaycanın BƏƏ və Özbəkistana yatırdığı investisiyalar 6 dəfədən çox artıb


12-09-2024, 17:40
Azərbaycanın BƏƏ və Özbəkistana yatırdığı investisiyalar 6 dəfədən çox artıb
Bu ilin ilk yarısında Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 998 milyon 241 min dollar birbaşa investisiya yatırıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 61% və ya 377 milyon 980 min dollar artıb.
Bu ilin ilk yarısında Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyaların 39,8%-i (396,9 milyon dollar) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) payına düşüb. Azərbaycanın BƏƏ iqtisadiyyatına yatırdığı investisyalar ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 dəfə artıb. Azərbaycanın ən çox investisiya yatırdığı ikinci ölkə isə Türkiyə olub. Bu ilin ilk 6 ayında Azərbaycan Türkiyə iqtisadiyyatına 108 milyon 188 min dollar investisiya yatırıb və ötən ilin eyni dövrü ilə müqayisədə bu məbləğ 2 dəfədən çox artıb. Özbəkistan iqtisadiyyatına yatırılan investisiyalar isə ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında 6,4 dəfə artaraq 67,4 milyon dollara yüksəlib.
Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin ilk 10-luğu belə olub:
Birləşmiş Ərəb Əmirlikləri – 39,8% (396,9 milyon dollar);
Türkiyə – 10,8% (108,2 milyon dollar);
Özbəkistan – 6,8% (67,4 milyon dollar);
Gürcüstan – 6,5% (65 milyon dollar);
Böyük Britaniya – 5,1% (51 milyon dollar);
Avstriya – 4,7% (47,2 milyon dollar);
Qırğızıstan – 2,6% (26,2 milyuon dollar);
İtaliya – 2,6% (25,9 milyon dollar);
İsveç – 2,4% (23,9 milyon dollar);
İsveçrə – 2,3% (22,5 milyon dollar).

Geri qayıt