Əsas Səhifə > Güney Press > "Ermənistan ilə Rusiya arasındakı bugünkü siyasi dialoq "soyuq müharibə" görüntüsü verir"

"Ermənistan ilə Rusiya arasındakı bugünkü siyasi dialoq "soyuq müharibə" görüntüsü verir"


12-09-2024, 17:28
"Ermənistan ilə Rusiya arasındakı bugünkü siyasi dialoq "soyuq müharibə" görüntüsü verir"
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın Ermənistan hakimiyyətinə rus sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılması məsələsinə baxılması təklifini şərh edib. Zaxarova qeyd edib ki, Simonyan avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransına (Ermənistan hakimiyyəti Rusiya bazasının çıxarılması məsələsini nəzərdən keçirmir) diqqətlə qulaq asmayıb və spikerin sözlərinə qiymət verməyi təklif edib.“Ola bilsin ki, Alen Robertoviç Nikol Vovaeviçin mətbuat konfransını çox diqqətlə izləməyib. Fikrimizcə, respublikanın sərhədlərində Rusiya sərhədçilərinin olmasının məqsədəuyğunluğu barədə düşünsək, sərhədin açılmasının ölkənin təhlükəsizliyinə necə təsir edəcəyini nəzərə almalıyıq”. Zaxarova bu sualı yumşaq kreslolarda oturan siyasətçilərə deyil, həqiqətən sərhədi qoruyanlara verilməsini təklif edib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Rusiya ilə Ermənistan arasında, o cümlədən sərhəd xidmətləri vasitəsilə məhsuldar qarşılıqlı əlaqə “İrəvandakı bəzi siyasətçiləri əsəbiləşdirir”. “30 ildən artıqdır ki, Rusiya sərhədçiləri erməni silahlı qardaşları ilə birlikdə Ermənistan Respublikasının sərhədlərini qoruyur və onların mövcudluğunun aktuallığını, xüsusən də Ermənistan sərhədinin qanunsuz keçməsinin qarşısını almaq və dayandırmaq yolu ilə dəfələrlə təsdiqləyiblər. narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhdlər”, - Zaxarova qeyd edib. Zaxarova həmçinin İrəvan və Moskva arasında 1992-ci il sentyabrın 30-da bağlanan və Ermənistandakı rus sərhədçilərinin statusunu müəyyən edən ikitərəfli sazişi xatırladıb və onun qeyri-məhdud xarakterini vurğulayıb.
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan ilə Rusiya arasındakı bugünkü vəziyyət soyuq müharibə dialoqu kimi də dəyərləndirilə bilər.

“Tam da bir-birinə açıq söz deyə bilmirlər. Amma sətir altından bir-birinə mesaj verməyə, əzələ göstərməyə çalışırlar. Belə bir atmosfer də yaranıb”-deyə Samir Hümbətov bildirib.

Rusiyanın Ermənistan, İran, Türkiyə ilə sərhədinin qorunması məsələsinə gəldikdə, Samir Hümbətov hesab edir ki, Rusiya qoşunlarını oradan çıxarmaz. Çünki Rusiyanın ən önəmli qalası sərhəd olaraq, Cənubi Qafqazdır. Ona görə də Rusiyanın bəlkə də ən sonuncu çıxmaq istədiyi yer Cənubi Qafqazdır. Bu səbəbdən də, Rusiya Ermənistan belə tezliklə tərk etməyəcək.

“Hansısa bir formada orada təxribat yarada bilər. Düzdür, Ermənistan rəsmiləri istəyirlər ki, Rusiya yavaş-yavaş Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çəkilsin. Amma Rusiya hələ ki, istəmir. Rusiya qalmaq istəyir. Zaxarova da əslində sətiraltı onu bildirmək istəyir ki, yəni "Rusiya çıxdığı zaman Ermənistanda vəziyyət qarışar, Ermənistanın təhlükəsizliyi üçün təhdid ola bilər"”-deyə Samir Hümbətov bildirib.

Ermənistan üçün kim təhdid ola bilər?
“Rusiyanın fikrincə, ya Azərbaycan, ya da Türkiyə təhdid ola bilər. İrandan bunu gözləmirlər. Gürcüstan aydın məsələdir ki, belə bir addım atmaz. Yəni belə fikirləşirlər. Əslində Zaxarova bir növ mesaj verməyə çalışır. Anlamırlar ki, artıq Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delmitasiyası ilə bağlı razılıq əldə olunub. Bu da sırf Azərbaycana görə olan bir hal deyil. Birbaşa Rusiya-Ermənistan və Rusiya-Qərb münasibətləri kontekstində dəyərləndirilməlidir”-deyən politoloq vurğulayıb ki, bu gün Rusiya Ermənistanı əldən verməmək üçün nə potensial varsa ondan istifadə edə bilər.

Geri qayıt